Xavi ingilis klubunun baş məşqçisi olmaqdan imtina etdi

 12:56 26.02.2025     87

İspaniyalı mütəxəssis Xavi Ernandes İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi olmaqdan imtina edib.

Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, 45 yaşlı çalışdırıcı 2025-ci ilin yayına qədər istirahət etmək istədiyi üçün "qırmızı şeytanlar"ın təklifini rədd edib.

Klub rəhbərliyi Erik ten Haqın istefaya göndərilməsindən sonra Xavi Ernandesə təklif göndərib. Lakin təcrübəli mütəxəssis təklifi qəbul etməyib.

Qeyd edək ki, Xavinin son iş yeri 2024-cü ilin iyun ayında ayrıldığı İspaniya təmsilçisi “Barselona” olub.