Messi və Suares CƏRİMƏLƏNDİLƏR

 18:52 26.02.2025     76

MLS İntizam Komitəsi Lionel Messi və Luis Suareslə bağlı insidentlərə görə öz araşdırmasını aparıb.

Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, yeni MLS çempionatının “Nyu-York”la ilk tur oyununda "İnter Mayami"nin hücumçuları müəyyən epizodlarda düzgün davranmayıblar və oyunun digər iştirakçılarına qarşı qadağan olunmuş hərəkətlərə yol veriblər.

Final fitindən sonra sarı vərəqə aldığı hakimlə mübahisə etməyə başlayan Messi daha sonra rəqib komandanın köməkçi məşqçisi ilə mübahisə edərək, “onun boynundan tutmağa” çalışıb. Suares də öz növbəsində qarşılaşma zamanı rəqib oyunçuya qarşı oxşar fənd edib.

"MLS İntizam Komitəsi "İnter Mayami"nin hücumçuları Lionel Messi və Luis Suaresi əllərin üz-baş-boynunda olan rəqiblərlə təmasda olma qaydalarını pozduqlarına görə açıqlanmayan məbləğdə cərimələyib", - komitənin açıqlamasında deyilir.

Xatırladaq ki, fevralın 26-na keçən gecə KONKAKAF Çempionlar Liqası oyununda həm Messi, həm də Suares qol vurub.