"İnter"in futbolçusu bir oyunluq cəza ala BİLƏR

 20:00 26.02.2025     78

İtaliyanın "İnter" klubunun futbolçusu Lautaro Martinez qeyri-etik ifadələr işlətdiyinə görə bir oyunluq cəza ala bilər.

Redaktor.az xəbər verir ki, o, A Seriyasının XXV turunda "Yuventus"la keçirilən matçda söyüş söydüyü üçün diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzə qalıb.

Qeyd edək ki, Lautaro Martinez bu mövsüm "İnter"in heyətində ümumilikdə 35 oyun keçirib və 16 qola imza atıb.