Millimiz Avropa çempionatında 15-ci OLDU

Azərbaycanın yeniyetmələrdən ibarət şpaqa millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa birinciliyində 15-ci olub.
Redaktor.az xəbər verir ki, Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasovadan ibarət komanda ilk görüşdə Finlandiya yığmasına 45:33 hesabı ilə qalib gəlib.
1/4 finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Ukraynaya 23:45 hesabı ilə məğlub olan şpaqaçılarımız ardınca 9-16-cı yerlər uğrunda görüşlərdə qüvvəsini sınayıb.
Fransa yığmasına 37:45 hesabı ilə uduzan milli isveçrəli rəqiblərinə 30:45 hesabı ilə məğlub olub.
Komanda 15-ci yer uğrunda qarşılaşmada Litvaya 45:32 hesabı ilə qalib gəlib.