"Səbail" güclü oyun nümayiş etdirdi" - Qurban Qurbanov

 20:04 27.02.2025     84

"Səbail" güclü oyun nümayiş etdirdi.

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə qarşı cavab oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri matç barədə danışıb:

"Yarımfinala vəsiqə qazanmaqları münasibəti ilə futbolçularımı təbrik edirəm. Hava çox soyuq olmasına baxmayaraq, rəqib də güclü oyun nümayiş etdirdi. Heyətdə bəzi dəyişikliklər etmişdilər. Azarkeşlər üçün heç də maraqsız oyun olmadı. Qollar vuruldu, bəzi qollar sayılmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ" evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.