Mahirdən “Nürnberq”də qalıb-qalmayacağı ilə bağlı AÇIQLAMA

 22:23 27.02.2025     103

Azərbaycan millisinin futbolçusu Mahir Emreli barəsində yayılan xəbərlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, instaqram hesabında paylaşım edən hücumçu, “Nürnberq”də qalacağını açıqlayıb:

“Son bir neçə gündə mənim haqqımda çoxlu fərziyyələr yayıldı. Mən “Nürnberq”də qalacağam və gələcək anları həm meydanda, həm də meydandan kənarda gözləyirəm.

Mənim əsas məqsədim komanda üçün mümkün qədər faydalı ola bilməkdir. Azarkeşləri sevindirmək üçün əlimdən gələni edəcəyəm. Nürnberq özümü xoşbəxt hiss etdiyim yerdir və çox işləmək üçün yüksək motivasiyam var”.