“Neftçi” sonuncu yarımfinalçı OLDU

 21:37 28.02.2025     109

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, son oyunda “Neftçi” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib.

Minimal hesabla qalib gəlmiş “Neftçi” sonuncu yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə “Qarabağ” “Səbail”lə, “Sabah” “Sumqayıt”la, “Araz-Naxçıvan” “Zirə” ilə duellərdən qalib ayrılaraq yarımfinala yüksəliblər.

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

28 fevral

“Neftçi” – “Kəpəz” 1:0

Qol: Bassala Sambu, 29.

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov

Bakı. “Neftçi Arena”, 19:30.

İlk oyun: 2:0