"Yuventus"un futbolçusu vəfat etdi

"Yuventus"un sabiq futbolçusu Niko İdalqo 32 yaşında vəfat edib.
Redaktor.az bu barədə ESPN-ə istinadən xəbər verir.
Keçmiş yarımmüdafiəçi 2021-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı.
O, futbolçu karyerasını 2021/2022 mövsümündə İspaniya "Estremadura"sında başa vurub.
Qeyd edək ki, Niko İdalqo 2014-2017-ci illərdə "Yuventus"un oyunçusu kimi qeydiyyata alınsa da, lakin İtaliya nəhənginin əsas komandasında matça çıxmayıb. "Kadis" və "Qranada"nın B komandasında icarə əsasında çıxış edib.
O, peşəkar karyerası ərzində 234 oyunda 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.