“Qarabağ” qalib gəldi - VİDEO

 22:13 03.03.2025     264

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, ilk günün sonuncu oyunu Sumqayıtda baş tutub.

Burada “Sumqayıt” lider “Qarabağ”ı qəbul edib. Ağdam təmsilçisi səfərdən inamlı qələbə ilə dönüb.

“Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Kəpəz” – “Neftçi” matçı isə martın 5-də baş tutacaq. İlk oyunda “Səbail” “Şamaxı”ya 0:2 hesabıyla uduzub.

Azərbaycan Premyer Liqası

25-ci tur

3 mart

“Sumqayıt” – “Qarabağ” 0:2

Qollar: Kadi Borges, 31. Leandro Andrade, 38.

Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Oyunun videoicmalını təqdim edirik: