Rektorun rəhbərlik etdiyi federasiya fəaliyyətini DAYANDIRDI

Naxçıvanda daha bir federasiyanın fəaliyyəti dayandırılıb.
Redaktor.az "Qaynarinfo"ya xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası fəaliyyətini dayandırıb. Federasiya bu addımı öz ərizəsi əsasında edib və ləğv olunub.
Qurum 2002-ci ildə yaradılıb. 2020-ci ilin avqust ayında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev federasiyanın sədri seçilib.