Formula 1 yenə şəhərin mərkəzində keçiriləcək - Paddokun qurulmasına başlanıldı

 13:29 06.03.2025     122

Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bu barədə Redaktor.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Paddok hər zamanki kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında baş tutacaq.