UEFA Avropa Liqası: “Fənərbağça” evdə uduzub, “Roma” qalib GƏLDİ

 10:04 07.03.2025     148

UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçları keçirilib.

Redaktor.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Real Sosyedad”ın, “Atletik” isə “Roma”nın qonağı olub.

“Fənərbağça” evdə Şotlandiya təmsilçisi “Reyncers”i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Avropa Liqası

1/8 final, ilk oyunlar

6 mart

AZ (Niderland) - “Tottenhem” (İngiltərə) 1:0

“Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) 1:1

FCSB (Rumıniya) - “Lion” (Fransa) 1:3

“Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya) 1:3

“Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya) 1:2

00:00. “Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan) – 3:0

“Ayaks” (Niderland) - “Ayntraxt” (Almaniya) 1:2

“Roma” (İtaliya) - “Atletik” (İspaniya) 2:1

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək