"Qarabağ"ın oyununda futbolçular arasında DAVA

 21:06 08.03.2025     120

Hazırda davam edən Azərbaycan Premyer Liqasında “Araz-Naxçıvan”-“Qarabağ” qarşılaşmasında futbolçular arasında gərginlik yaşanıb.

Redaktor.az xəbər verir ki, insident “Qarabağ” futbolçusu Yassin Benzia ilə Naxçıvan təmsilçisinin futbolçusu Felipe Santos arasında başlayıb. Daha sonra hər iki komandanın futbolçuları davaya qarışıb.

Bir müddət sonra aranı sakitləşdirmək mümkün olub. Hakim insidentlə bağlı Santosa qırmızı vərəqə, Benzia, Musa Qurbanlı və Bəxtiyar Həsənəlizadəyə sarı vərəqə göstərib.

Davam edən görüşdə “Qarabağ” 3-1 qalib gəlir.