"Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i qəbul edəcək - Premyer Liqa

Bu gün Misli Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.
Redaktor.az-ın məlumatına görə, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək.
Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. "Qartallar" 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu sıradadır.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
9 mart
15:00. “Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
Şamaxı şəhər stadionu
17:30. “Zirə” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.