Azərbaycanlı MMA döyüşçüsü məğlub OLDU

 10:25 09.03.2025     229

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, 32 yaşlı idmançı UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeydji ilə üz-üzə gəlib.

Üç raundun yekununa əsasən R.Fiziyev rəqibinə uduzub.

Qeyd edək ki, 2023-cü ilin martında UFC 286 turnirində də R.Fiziyev C.Qeydjiyə məğlub olmuşdu.