Çempionlar Liqasında ilk 1/4 finalçılar MÜƏYYƏNLƏŞİR

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək.
Redaktor.az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutacaq.
“Barselona” evdə “Benfika”nı, “Liverpul” PSJ-ni qəbul edəcək. “Feyenoord” səfərdə “İnter”in, “Bavariya” isə “Bayer 04”ün qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
11 mart
21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) (İlk oyun - 1:0)
00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa) (İlk oyun - 1:0)
00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland) (İlk oyun - 2:0)
00:00. “Bayer 04” (Almaniya) - “Bavariya” (Almaniya) (İlk oyun - 0:3)
Qeyd edək ki, 1/8 finalın digər dörd cavab matçı sabah keçiriləcək.