“Old Trafford”un yerində yeni stadion tikiləcək

 19:27 11.03.2025     133

İngiltərənin “Mançester Yunayted” klubu ev oyunlarını keçirdiyi “Old Trafford”un yerində yeni stadionun tikintisinə başlamağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, Mançester klubunun rəhbərliyi yaxın vaxtlarda bununla bağlı açıqlama verəcək.

Yeni arenanın 100 min tamaşaçı tutumuna malik olacağı bildirilib.

“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 28 turdan sonra 34 xalla 14-cü pillədə qərarlaşıb.