"Çempionluq olduqca xoş hissdir" - "Birbaşa Bakı"nın baş məşqçisi

 22:58 11.03.2025     125

Çempionluq olduqca xoş hissdir.

Redaktor.az xəbər verir ki, bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan çempionatının final oyunundan sonra "Birbaşa Bakı" komandasının baş məşqçisi Marius Mitu deyib.

O, həlledici mərhələdə "Zirə"yə qalib gəldikləri üçün sevincli olduqlarını söyləyib:

"Bütün futbolçularımızı və kollektivimizi təbrik edirəm. Ümumiyyətlə bu gün meydanda əsl final ab-havası hiss olunurdu. Bizi dəstəkləyən və qələbəmizdə pay sahibi olan hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, final qarşılaşmasında "Birbaşa Bakı" "Zirə"yə 2:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub.