Azərbaycan futzal millisi səfərdə Yunanıstana UDUZDU

 00:01 12.03.2025     96

Futzal üzrə Azərbaycan milli komandası “Avro-2026”nın əsas mərhələsində növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, beşinci qrupda yer alan Vitali Borisovun rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanın qonağı olub. Afinada yerləşən DAIS İdman Arenasında təşkil olunan görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk matç 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.