Taysonu zorlamada ittiham edən qadın iddiasını geri GÖTÜRDÜ

 16:35 12.03.2025     112

Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Taysonu zorlamada ittiham edən qadın iddiasını geri götürüb. 

Redaktor.az xəbər verir ki, bu barədə "USA Today" yazıb.

Daha əvvəl qadın bildirmişdi ki, Taysonla insident 1991-ci ildə Albany şəhərində (Nyu York, ABŞ) boksçunun limuzinində baş verib. İndi bildirilir ki, ittiham tərəfi könüllü olaraq işə xitam vermək qərarına gəlib.

Tayson 1992-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilib, bunun 3 ilini dəmir barmaqlıqlar arxasında keçirib. O, həmçinin 1998-ci ildə 3,5 ay həbs cəzasına məhkum edilmişdi, 2008-ci ildə narkotik istifadəsi və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunub.

16 noyabr 2024-cü ildə Mayk Tayson bloger Ceyk Paula uduzub. Mübarizə qaydalarda nəzərdə tutulmuş səkkiz raundun hamısında davam edib və hakimlərin yekdil qərarı ilə Paul qalib elan edilib.