Güləşçimiz Avropa çempionu OLDU

 22:57 14.03.2025     112

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

72 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.