“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” - Qurbanov

 21:32 15.03.2025     98

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”lə (0:0) oyundan sonra açıqlamalar verib. 

Redaktor.az-ın məlumatına görə, o, AFFA İntizam Komitəsinin Elvin Cəfərquliyev və Musa Qurbanlıya verdiyi 2 oyunluq cəzadan danışıb: 

“Bu barədə çox yazıldı. Hakimlərin qərarlarına qarşı çıxmaq istəmirəm. Amma niyə verdilər? Həmin epizoddan əvvəl rəqibin oyunçusu eyni şeyi etmişdi. Belə şeylər futbolu sevdirir, aqressiyanı artırır. Futbol mübarizə oyunudur. O qədər derbilərə baxmışıq. Baxın görək orada etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün bu barədə çox danışmaq istəmirəm. Niyə cəza verilməlidir? Mövzunu elə qabartılar ki... “Qarabağ”ın oyunçularına niyə qırmızı vermirlər” deyirlər. Verirlər axı. Bu mövzu bir həftə müzakirə olundu. Nə var idi orada? Futbolda bu gün olanlardan danışmaq lazımdır. Tempə baxsaq, görərik ki, 15 dəqiqə oyun getdi. Sanki “Araz-Naxçıvan” futbolçularını döymüşük. Bütün kanallarda hər gün bu məsələ müzakirə olundu. Kamal Umudlu həmin epizodu çox düzgün idarə etdi. Onda hakimləri də cəzalandırsınlar. Belə bəsit şeylər etmək olmaz.

O qədər olub ki, futbolçularımı bilərəkdən oyuna buraxmamışam. Çünki, rəqiblər onların ayaqlarını sındırmaq istəyirdilər. Biz hər qərara hörmətlə yanaşmışıq. Amma bəzən fikirlərimizi bildirməliyik. Bu məsələ çox böyüdü deyə epizodlara yenidən baxmalı oldum. Elə danışırlar ki, sanki hər şeyi edən bizik. “Atletiko”ya baxın. Onda gərək hər oyun Simeoneyə də, komandasına da qırmızı vərəqə versinlər”

Təcrübəli mütəxəssis AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməməsinə də münasibət bildirib: 

“İclas Tovuzda keçirilməli idi. Biz də razılıq verdik. Son anda federasiyadan xəbər etdilər ki, rəhbərliyin vacib işi olduğuna görə iclas Bakıda baş tutacaq”.