Boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal QAZANDILAR

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Redaktor.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.