"Şamaxı" Ayxan Abbasovla bağlı qərar verdi - RƏSMİ

 13:45 16.03.2025     75

"Şamaxı” klubu baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında bağlanılan yeni müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.

44 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən komandanın sükanı arxasındadır.

Qeyd edək ki, Ayxan Abbasov 21 yaşadək Azərbaycan milli komandasının da baş məşqçisidir.