İstanbul derbisini bu dəfə də əcnəbi hakimlər idarə edəcək

 22:44 17.03.2025     113

Türkiyə Super Liqasında daha bir matçı əcnəbi hakimlər idarə edəcək.

Redaktor.az xəbər verir ki, 28-ci tur çərçivəsində keçiriləcək “Beşiktaş” - “Qalatasaray” derbisi İrfan Pelitoya tapşırılıb.

Türkiyə Futbol Federasiyasının bununla bağlı Bosniya və Herseqovina Futbol Federasiyasına müraciət etdiyi bildirilib.

Martın 29-da baş tutacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray” - “Fənərbaxça” görüşünü (0:0) sloveniyalı hakim Slavko Vinçiç idarə etmişdi.