Messi milliyə çağırılmadı

 13:06 19.03.2025     64

Futbol üzrə Argentina millisinin Uruqvay və Braziliya ilə oyunlar üçün heyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi milliyə dəvət alan futbolçuların siyahısında yer almayıb.

Ulduz futbolçu zədə səbəbindən heyətə daxil edilməyib.

DÇ-2026-nın seçmə mərhələlərində keçirdiyi 12 oyundan sonra 25 xal toplayan Argentina ən yaxın izləyicisi Uruqvayı 5 xal qabaqlayaraq, zirvədədir.

“Tanqoçular” martın 22-də Uruqvayın qonağı olacaq, martın 26-da isə Braziliyanı qəbul edəcək.