Beynəlxalq Olimpiya Komitəsinə ilk dəfə qadın prezident seçildi

 10:34 21.03.2025     133

Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti seçilib. O, təşkilatın tarixində 10-cu prezident olacaq.

Kirsti Koventri hazırda Zimbabvenin idman naziri vəzifəsində çalışır.

Redaktor.az xəbər verir ki, 41 yaşlı Koventri BOK-a rəhbərlik edəcək ilk qadın prezidentdir. O, həm də BOK-un rəhbərliyinə gələn ilk ilk afrikalıdır.

Koventri rəsmi olaraq iyunun 23-də vəzifəsinin icrasına başlayacaq. BOK prezidenti 8 il müddətinə seçilir.