DÇ-2026-nın seçmə mərhələsində ilk oyunların nəticələri

 09:21 22.03.2025     135

Ötən gecə futbol üzrə 2026-cı il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsi start götürüb.

Redaktor.az xəbər verir ki, ilk gündə G, H və K qruplarında 1-ci turun 6 matçı keçirilib.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin D qrupunda yer alıb. Bu qrupda oyunlar sentyabrın 5-də başlayacaq.

Dünənki oyunların nəticələri aşağıdakı kimi olub:

21 mart

H qrupu

Kipr - San Marino - 2:0

Rumıniya - Bosniya və Herseqovina - 0:1

G qrupu

Malta - Finlandiya - 0:1

Polşa - Litva - 1:0

K qrupu

Andorra - Latviya.- 0:1

İngiltərə - Albaniya - 2:0