Əfsanəvi boksçu vəfat etdi

 14:30 22.03.2025     216

Əfsanəvi boksçu, amerikalı Corc Forman vəfat edib .

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı idmançının hələlik ölüm səbəbi açıqlanmayıb.

C. Forman 1968-ci ildə Meksikada keçirilən Olimpiya Oyunlarının qalibi olub. O, 45 yaşında ağır çəkidə çempion titulunu qazanan ən yaşlı boksçu kimi tarixə düşüb.

Corc Forman dünya boks tarixinin ən böyük döyüşlərindən birinin iştirakçısıdır.

Forman ağır çəkidə ikiqat dünya çempionu və 1968-ci il Yay Olimpiya Oyunlarının qalibidir. 1974-cü ildə Forman boks tarixinin ən böyük döyüşlərindən biri hesab edilən Məhəmməd Əli ilə döyüşmüşdü. Kinşasada baş tutan döyüş “Cəngəllikdəki gurultu” adlandırılıb. Döyüş səkkizinci raundda Əlinin qələbəsi ilə başa çatıb.