Təcavüzkar davranışa görə ağır cəza aldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Redaktor.az xəbər verir ki, iclasda II Liqanın XVII turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.
“Sheki City” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Sheki City” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.
“Sheki City” komandası isə 300 manat cərimə edilib.