Millimiz Moldovaya böyük hesabla UDUZDU

 20:24 22.03.2025     193

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Redaktor.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin yeganə qolunu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.