Jorge Ximenez ədəbsiz jest göstərən azarkeşə təpik vurdu - VİDEO

 15:45 23.03.2025     191

Braziliyanın “Şapekoense”- “Avai” klubları arasında keçirilən matçda xoşagəlməz hal yaşanıb.

Redaktor.az xəbər verir ki, “Şapekoense”nin futbolçusu Jorge Ximenez “Avai” azarkeşinə hücum edib.

Belə ki, əyalət çempionluğunu qeyd etmək üçün meydançaya çıxan “Avai” azarkeşi fanatlara ədəbsiz jest göstərib.

Daha sonra isə Jorge Ximenez arxadan ona təpiklə zərbə endirib.