İqor Tudor “Yuventus”un baş məşqçisi təyin OLUNDU

 21:20 23.03.2025     193

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" baş məşqçi Tiaqo Motta ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, baş məşçinin əvəzinə təcrübəli mütəxəssis İqor Tudor gətirilib.

Bu barədə "qoca sinyora"nın mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssis ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, İqor Tudor daha əvvəl 2020/21 mövsümü ərzində "Yuventus"da köməkçi məşqçi vəzifəsində çalışmışdı.