Türkiyə 3:0 hesabla adını A Liqasına yazdırdı

 23:23 23.03.2025     239

Bu gün UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, A Liqasına yüksəlmək uğrunda mübarizə aparan Türkiyə səfərdə Macarıstanla qarşılaşıb.

Qonaqlar rəqibini 3 cavabsız qolla məğlub edib və adını A Liqasına yazdırmağı bacarıb.

Qeyd edək ki, ilk oyunda Türkiyə Macarıstanı öz meydanında 3:1 hesabı ilə məğlub etmişdi.