Millimizin DÇ-2026-dakı sonuncu rəqibi bəlli OLDU

 09:25 24.03.2025     199

Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki sonuncu rəqibi də Fransa - Xorvatiya matçının nəticəsindən sonra bəlli olub.

Redaktor.az xəbər verir ki, ötən ilin dekabrında baş tutmuş püşkatma nəticəsində D qrupunda yarışacağı müəyyənləşmiş Azərbaycan bu qrupda Ukrayna və İslandiya ilə yanaşı Millətlər Liqasının 1/4 finalında Xorvatiyaya qalib gəlmiş Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, seçmə komandamız DÇ-2026-nın seçmə mərhələsindəki görüşlərinə sentyabrın 5-də start verəcək.