Flik yenə hamını qabaqladı

 23:18 24.03.2025     188

İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi seçilib.

Redaktor.az xəbər verir ki, bu ada “Barselona”nın sükanı arxasında əyləşən Hans-Diter Flik layiq görülüb.

Alman mütəxəssis bununla cari mövsümdə 4-cü dəfə ayın məşqçisi adına layiq görülüb. O, sorğuda Manuel Pelleqrini (“Betis”) və Klaudio Giraldesi (“Selta Viqo”) qabaqlayıb.

Qeyd edək ki, “Barselona” mart ayında “Real Sosyedad”ı 4:0, “Atletiko Madrid”i 4:2 hesabı ilə məğlub edib.