DÇ-2026: II tura bu gün 6 qarşılaşma ilə yekun VURULACAQ

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin II turuna bu gün 6 qarşılaşma ilə yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, I qrupunda Norveç millisi səfərdə İsrailin qonağı olacaq.
J qrupunda Şimali Makedoniya evdə Uelsi qəbul edəcək.
DÇ-2026, seçmə mərhələ
II tur
25 mart
I qrupu
21:00. Moldova - Estoniya
23:45. İsrail - Norveç
J qrupu
23:45. Şimali Makedoniya - Uels
23:45. Lixtenşteyn - Qazaxıstan
L qrupu
23:45. Monteneqro - Farer Adaları
23:45. Cəbəllütariq - Çexiya.
Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində III tura iyunun 6-da start veriləcək.