Azərbaycan millisi Belarusa məğlub OLDU

 23:44 25.03.2025     154

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

Redaktor.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) yığmamızın qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.