Argentina Braziliyanı darmadağın etdi - VİDEO

 11:29 26.03.2025     225

Argentina və Braziliya milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.

Redaktor.az xəbər verir ki, Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 14-cü turunda sözügedən komandalar Buenos-Ayresdəki “Mas Monumental” stadionunda üz-üzə gəliblər. Görüşdə Argentina 4:1 hesablı qələbə qazanıb.

Nəticədə Argentina xallarının sayını 31-ə çatdırıb və mundialın əsas mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə 21 xalla 3-cüdür.

Qarşılaşmanın videoicmalını təqdim edirik: