“Beşiktaş” - “Qalatasaray” matçını türkiyəli hakim idarə EDƏCƏK

Türkiyə Super Liqasında XXIX turunun hakim təyinatları açıqlanıb.
Redaktor.az xəbər verir ki, "Beşiktaş" - "Qalatasaray" oyununu əcnəbi hakim idarə etməyəcək.
TFF-nin görüşlə bağlı referi Yasin Kola tapşırıq verdiyi bildirilib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, martın 29-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.