Lənkəran komandası Azərbaycan çempionatından kənarlaşdırıldı

 18:14 27.03.2025     164

AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən "Xan Lənkəran"ı yarışdan kənarlaşdırıb.

Redaktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna komandanın heyətində "Şəfa" ilə qarşılaşmada yetərsayın olmaması səbəb olub.

Bölgə təmsilçisinə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından "Xan Lənkəran" turnirdən uzaqlaşdırılıb.