Millimizin futbolçusu əməliyyat olundu

 13:58 28.03.2025     190

"Sabah" klubunun və Azərbaycan millisinin futbolçusu Amin Seydiyev əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Cinah müdafiəçisi İstanbuldakı klinikalardan birində sağ adduktor əzələsinin qopması ilə bağlı cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, 26 yaşlı oyunçu mövsümün qalan hissəsini başa vurub.