Bakıdakı dünya çempionatının medalları təqdim edildi - FOTO

 18:49 28.03.2025     153

May ayında Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub. 

Redaktor.az xəbər verir ki, xüsusi dizaynla hazırlanmış medalların üzərində mundialın loqotipi həkk olunub. 

Qeyd edək ki, paytaxtımızda təşkil olunacaq dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında baş tutacaq.