Premyer Liqa: "Səbail" "Kəpəz"lə, "Zirə" "Şamaxı" ilə üz-üzə GƏLƏCƏK

Misli Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
"Səbail" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma saat 16:00-da start götürəcək. Gəncə təmsilçisi 23 xalla doqquzuncu, Bakı klubu 18 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
Tur saat 18:00-da başlayacaq "Zirə" - "Şamaxı" görüşü ilə başa çatacaq. Meydan sahibləri 52 xalla ikinci, qonaqlar 28 xalla 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası, IV dövrə
XXVIII tur
16:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:00. “Zirə”– “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" oyunlarında qalib müəyyənləşməyib.