"Fənərbaxça" - "Qalatasaray" matçının baş hakimi bəlli OLDU

 13:50 31.03.2025     150

Futbol üzrə Türkiyə Kubokunun 1/4 finalında baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" matçının baş hakimi bəlli olub.

Redaktor.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Görüşə yerli hakim təyinat alıb. Matçın start fitini Cihan Aydın səsləndirəcək.

Qeyd edək ki, matç aprelin 2-si saat 21:45-də "Ülkər stadionu"nda baş tutacaq.