“Valensiya”nın qapıçısı “Real”ın futbolçusu ilə mərc EDİB

 16:13 06.04.2025     177

İspaniyanın “Valensiya” klubunun qapıçısı Giorgi Mamardaşvili maraqlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o, “Real Madrid”ə 2:1 hesabı ilə qalib gəldikləri oyunda rəqib komandanın oyunçusu Vinisius Juniorla mərc etdiyini bildirib.

“Vinisius ilə 50 avrodan mərcə girdim ki, penaltini dəf edəcəyəm. Bunu etdim, lakin o hələ də 50 avromu verməyib”, - o qeyd edib.