Milli Hokkey Liqasında yeni rekord qeydə ALINDI

"Vaşinqton"un hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümündə "Nyu-York Aylenders"ə qarşı oyunda 895-ci qolunu vurub.
Redaktor.az-ın xəbərinə görə, bununla da o, yarışın tarixində 894 qol vuran, Stenli Kubokunun dördqat qalibi Ueyn Qretskiyə məxsus rekordu qırıb.
A.Oveçkin rəqib komandada çıxış edən həmyerlisi İlya Sorokinə qol vurub. Beləliklə, Oveçkin liqanın ən sərrast snayperlərinin siyahısında birinci pilləyə yüksəlib.