Messi "İnter Mayami"də növbəti qolunu VURDU

Argentina millisinin ulduz futbolçusu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunda növbəti qolunu vurub.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, 37 yaşlı hücumçu MLS-in növbəti turunda, "Toronto" ilə matçda fərqlənib.
Təcrübəli forvard 45+5-ci dəqiqədə bərabərlik qoluna imza atıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "İnter Mayami" Şərq Konfransında 6 matçdan sonra 14 xalla ikinci pillədə qərarlaşıb. Bir oyun çox keçirən "Kolumbus"un 15 xalı var.