“Neftçi” “Şamaxı” səfərində üç xal QAZANDI

 17:43 07.04.2025     135

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edib.

Redaktor.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 0:2.

Qonaqların ilk qolunu 42-ci dəqiqədə Ramil Şeydayev penalti ilə vurub. Matçın sonlarına yaxın – 89-cu dəqiqədə isə Filip Ozobiç fərqlənərək hesabı müəyyənləşdirib.

Bu nəticə ilə 35 xala yüksələn “Neftçi” turnir cədvəlində 6-cı pillədəki mövqeyini qoruyub. 28 xalı olan “Şamaxı” isə 8-ci sırada qərarlaşıb.