Qırmızı vərəqə ilə Türkiyə futbolunun tarixinə DÜŞDÜ

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının 30-cu turunda “Beşiktaş” “Kasımpaşa”a ilə heç heçə (1:1) edib.
Redaktor.az “A Spor”a istinadən xəbər verir ki, “qara qartallar”ın futbolçusu Tayyip Talha Sanuç 16-cı dəqiqədə Emirhan Topçunu əvəzlədiyi bu oyunda Super Liqa tarixində ilkə imza atıb.
Belə ki, o, turnir tarixində oyuna girdikdən sonra ilk hissə bitmədən, 42-ci dəqiqədə qırmızı vərəqə alan ilk “Beşiktaş”lı futbolçu olub.
Bundan əvvəl də Talha “Beşiktaş”ın “Göztəpə”yə 3:1 hesabı ilə uduzduğu oyunda qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.